• Bakı 28° C

    10.67 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Sosial reabilitasiya xidmətləri göstərildi

CƏMİYYƏT

10 Avqust 2026 | 14:56

Sosial reabilitasiya xidmətləri göstərildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfəri  sosial reabilitasiya xidmətləri ilə təmin edib. Onlardan 25 nəfəri uşaqlardır.

Bakıvaxtı.az xəbər verir ki, onlar Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərə cəlb olunublar.

Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə işlər aparılıb.

Qeyd şöbədə müasir tələblərə uyğun şəraitin yaradılıb və şöbəyə qəbul edilən şəxslər sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri ilə əhatə olunurlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Avqust 2026