• Bakı 20° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

OPEC-in iclası ləğv edildi

İQTİSADİYYAT

03 Oktyabr 2022 | 23:53 | Müəllif: Subhan Mahmudov

OPEC-in iclası ləğv edildi

OPEC+ texniki komitəsinin oktyabrın 4-nə planlaşdırılan iclası ləğv edilib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə nümayəndə heyətlərindən birindəki mənbə məlumat verib.

Qərarın səbəbi açıqlanmayıb.

Qeyd edək ki, OPEC alyans ölkələri nümayəndələrinin 2020-ci ilin martından bəri ilk dəfə oktyabrın 5-də təşkilatın Vyanadakı mənzil-qərargahında üzbəüz görüş keçirəcəyini bildirib. Əvvəlcə monitorinq komitəsinin iclası, daha sonra isə nazirlərin iclası nəzərdə tutulub.

İddialara görə, OPEC+ ölkələri neft hasilatını sutkada 1 milyon bareldən çox azaltmağı nəzərdən keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026