• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Orban: "Rusiya və Ukrayna Milada kimi məhbusları dəyişdirə bilər"

DÜNYA

20 Dekabr 2024 | 11:50

Orban: Rusiya və Ukrayna Milada kimi məhbusları dəyişdirə bilər

"Macarıstan ümid edir ki, Rusiya və Ukrayna pravoslav Milad bayramına qədər atəşkəs və genişmiqyaslı məhbus mübadiləsi barədə razılığa gələ biləcəklər". 

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

O, Macarıstanın belə bir razılaşmanın reallığa çevrilməsi üçün səylərini davam etdirəcəyini bildirib.

"Dekabrın 25-də qeyd olunacaq katolik Milad bayramına qədər müharibə edən tərəflərin  müqavilə bağlamağa vaxtı olmayacaq. Lakin Milad bayramına kimi Rusiya və Ukrayna 700-800, hətta 1000 məhbusu dəyişdirə bilər". 

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Aprel 2025