Dənizə çıxışı olmayan dövlət üçün boru kəməri tədarüklərindən imtina edilməsi hasilatı 4 faiz azaldaraq iqtisadiyyata ziyan vurardı. Budapeşt enerji siyasətində öz maraqlarını rəhbər tutacaq və ABŞ-ın tövsiyələrinə əməl etməyə borclu deyil.
Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban bildirib.
“Macarıstan suveren ölkədir və özü qərar verir”, - deyə Orban Trampın Budapeşti Rusiya neftindən imtina etməyə inandıra biləcəyi ilə bağlı sözlərinə cavab verib.