• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Orta Dəhlizin inkişafı istiqamətində görülə biləcək işlər müzakirə edilib

İQTİSADİYYAT

11 Noyabr 2024 | 15:15 | Müəllif: Gülşən Şərif

Orta Dəhlizin inkişafı istiqamətində görülə biləcək işlər müzakirə edilib

Azərbaycanla Beynəlxalq Dəniz Təşkilatı arasında Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı istiqamətində görülə biləcək işlər müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr ölkəmizdə səfərdə olan Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominquez ilə görüşdə baş tutub.

"Görüşdə əməkdaşlıq məsələlərini, xüsusilə təşkilatın Orta Dəhlizin inkişafı istiqamətində görə biləcəyi işləri müzakirə etdik. Bundan əlavə, regional təlim mərkəzinin yaradılması məsələsini də nəzərdən keçirdik", - deyə nazir qeyd edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026