• Bakı 12° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Öskürəyin müalicəsi zamanı nələri etmək olmaz? - Həkim əsas səhvləri açıqladı

CƏMİYYƏT

13 Oktyabr 2024 | 11:51

Öskürəyin müalicəsi zamanı nələri etmək olmaz? - Həkim əsas səhvləri açıqladı

"Soyuqdəymə, qrip və digər bu kimi xəstəliklərin ən çox rast gəlinən simptomlarından biri öskürəkdir. Çox vaxt insanlar onun müalicəsində bir neçə səhvə yol verirlər".

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı pulmonoloq Yekaterina Sak xəbərdarlıq edib.

Onun sözlərinə görə, əsas səhvlərdən biri quru öskürəyin mütləq yaş öskürəyə çevrilməli olduğu düşüncəsidir.

"Öskürək mütləq bəlğəmli olmamalıdır. Kəskin respirator virus infeksiyaları (KRVİ) zamanı öskürək çox vaxt udlağın arxa divarı boyunca seliyin axması və ya boğazda iltihab və ağrı səbəbindən yaranır. Bu halda heç bir bəlğəm olmayacaq, burunu yumaq və çoxlu maye içmək daha məntiqlidir. Həmçinin bronxial astma, bəzi təzyiq dərmanlarının qəbulu və qastroezofageal reflüks xəstəliyi (QERX) zamanı da quru öskürək ola bilər, burada da heç bir bəlğəm olmayacaq. Buna görə öskürəyin səbəbini müəyyən etmək üçün həkimə müraciət etmək daha yaxşıdır", - deyə Sak qeyd edib.

Həkim bildirib ki, ikinci səhv bəlğəm ifrazı zamanı öskürəyi bloklayan dərmanların qəbuludur.

"Bu, tez-tez rast gəlinən bir səhvdir, belə etmək lazım deyil. Məsələ burasındadır ki, bu halda öskürək əksinə bizə çox lazımdır ki, bəlğəm xaric edilsin. Öskürək refleksini bloklaşdırsaq, nə olacaq? Bəlğəm bronxlarda durğunlaşacaq və iltihabı gücləndirəcək", - deyə həkim bildirib.

Mütəxəssisin sözlərinə görə, üçüncü geniş yayılmış səhv öskürəyi antibiotiklərlə müalicə etməkdir, çünki çox vaxt soyuqdəymə virus infeksiyası səbəbindən baş verir, antibiotiklər isə viruslara təsir etmir.

"Virus infeksiyası bakterial infeksiyaya keçə bilmir, ona görə də antibiotiklərin öldürəcəyi heç nə yoxdur. Əlbəttə, çox nadir hallarda virus infeksiyasına bakterial infeksiya qoşulur. Amma bu, özbaşına antibiotiklər təyin etmək üçün səbəb deyil, həkimə getmək daha yaxşıdır", - deyə Sak bildirib.

Pulmonoloq bildirib ki, son geniş yayılmış səhv xalq vasitələri, otlar və yağlarla inhalyasiya etməkdir.

"Birincisi, hər öskürəyə inhalyasiya lazım deyil. İkincisi, əgər nebulayzer vasitəsilə inhalyasiya ediriksə, yalnız bunun üçün nəzərdə tutulmuş vasitələrdən istifadə etmək lazımdır. Heç bir halda dəmləmələr, otlar, yağlar istifadə etmək olmaz. Bu, təkcə səmərəsiz deyil, həm də təhlükəli ola bilər. Ağır allergik reaksiyalar, bronxospazmın güclənməsi, yağlı pnevmoniyanın yaranması mümkündür. Vəziyyəti ağırlaşdırmayın", - deyə həkim sözlərini yekunlaşdırıb.


SON XƏBƏRLƏR

11 Noyabr 2024