• Bakı C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

Ötən il 440 milyon manat ipoteka krediti verilib

İQTİSADİYYAT

30 Yanvar 2025 | 10:51

Ötən il 440 milyon manat ipoteka krediti verilib

2024-cü ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 440,1 milyon manat kredit verilib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,7 % azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 9,1 % azalaraq 447,3 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 22,2 % artaraq 550 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 0,1 % artaraq 87,7 milyon manata çatıb.


SON XƏBƏRLƏR