• Bakı 25° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Ötən il MİQ üzrə qəbul olunan müəllimlərin sayı açıqlandı

CƏMİYYƏT

25 Iyun 2026 | 18:58

Ötən il MİQ üzrə qəbul olunan müəllimlərin sayı açıqlandı

2025-ci ildə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə ümumilikdə 65 min 565 elektron müraciət qəbul edilib. Müsabiqə nəticəsində 3 min 416 namizəd uğur qazanaraq işlə təmin olunub.

Elm və Təhsil Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, cari tədris ili ərzində MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma göstəricisi 90 faizdən çox olub, ümumilikdə isə təxminən 10 min müəllim işə qəbul edilib.

Qeyd olunub ki, müəllimlərin sertifikatlaşdırılması prosesi çərçivəsində isə indiyədək 84 minə yaxın təhsilverən qiymətləndirməyə cəlb olunub. Nəticələrə əsasən 73 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib. Məlumata görə, müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə isə keçirilən müsabiqədə 2 min 22 nəfər uğur qazanaraq iş yerini dəyişib, 150 nəfər isə qarşılıqlı yerdəyişmə prosesində iştirak edib. Eyni zamanda, ümumi təhsil müəssisələrində çalışan 45 min təhsilverən müxtəlif ixtisasartırma təlimlərinə cəlb olunaraq onların peşəkar inkişafı təmin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR