• Bakı C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Ötən ilin yanvar-noyabr aylarında bəzi xəstəlik faizləri azalıb

CƏMİYYƏT

17 Yanvar 2025 | 15:50

Ötən ilin yanvar-noyabr aylarında bəzi xəstəlik faizləri azalıb

Ötən ilin yanvar-noyabr aylarında bəzi xəstəlik faziləri azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

      Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədə pedikulyoz ilə (53,6 faiz), su çiçəyi ilə (47,4 faiz), qazanılmış immunçatışmazlığı (QİÇS) ilə (35,4 faiz), qonokokk infeksiyası ilə (35,0 faiz), bruselyoz ilə (29,9 faiz), viruslu hepatit B ilə (20,4 faiz), törədicisi müəyyən olmayan kəskin bağırsaq infeksiyaları ilə (16,7 faiz), ağciyər vərəmi ilə (5,2 faiz), xəstələnmə halları azalıb.

      Qeyd edilib ki, göyöskürək və malyariya, kəskin poliomielit, epidemik parotit, məxmərək və anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.


      SON XƏBƏRLƏR