• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Oyun 360 manatın başındadır - Deputat Dövlət Xidmətindən GİLEYLƏNDİ

CƏMİYYƏT

24 Fevral 2023 | 12:43 | Müəllif: Qalib İbrahimoğlu

Oyun 360 manatın başındadır - Deputat Dövlət Xidmətindən GİLEYLƏNDİ

"Əmlak məsələləri dövlət xidmətinin tabeçiliyində olan reyestr xidməti torpaq, əmlak çıxarışları üçün iki dəfə - 125 və 235 manat, ümumilikdə 360 manat ödəniş alır. Sonuncu mərhələdə imtina verilir və ödəniş geri qaytarılmır".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, onlar çox gözəl də bilirlər ki, konkret yerlər üzrə təqdim edilən sənədlər sonunda geri qaytarılacaq və yüzlərlə təcrübə də var: “Çünki, konkret yerlər üzrə problemlər onlara məlumdur. Bəs onda o sənədləri niyə qəbul edib sonra da imtina edirsiniz? Vətəndaşlar mənə deyir, yəqin ki, oyunlar 360 manatın başındadır? Olmaz axı belə".

Deputat qeyd edib ki, bələdiyyənin sərancamında olan torpaq sahəsinin təyinatı örüş olduğu halda qanunsuz əkin sahasinə çevrilmiş sahələri sənədləşdirə bilmir. Bələdiyyələr bu torpaqların örüş sahəsinə qaytarılması üçün müraciət edir və imtinalar gəlir: "Burada heç bir məntiq yoxdur. Ya ərazi örüş sahəsinə - yəni əvvəlki statusuna qaytarılmalı və bu sənədlə sübut olunmalı, ya da təyinatı dəyişdirilməlidir. Bu məsələ niyə havadan asılı qalsın, narazılıq yaratsın və bələdiyyə də fəaliyyət göstərə bilməsin?”

Nurullayev Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin bu məsələyə aydınlıq gətirməsini istəyib.

"Vətəndaş, sahibkar torpaq sahəsi alıb və onun koordinatları dövlət aktında, çıxarışda qeyd edilib. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidməti elektron vasitələrlə yeri yenidən ölçür və torpaq sahəsi bəzən on metrlərlə sürüşür" deyən deputatın sözlərinə görə, nəticədə vətəndaşlar və sahibkarlar arasında münaqişə yaranır. Deputata görə, elə sahələr var ki, torpağın qiyməti çox bahadır və heç kim bir qarış yerini belə güzəştə getmək istəmir: "Bu sahədə olan narazılığı və problemi həll etmək üçün hansı addımlar atılır, nələr edilib və nələr ediləcək, həll yolu nədir kimi suallara da Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin aydınlıq gətirməsini istəyirəm. Həqiqətən də edilən müraciətlər həddindən artıqdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026