• Bakı 19° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

"Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq" - İlham Əliyev

SİYASƏT

22 Iyun 2022 | 21:16

Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq - İlham Əliyev

"Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən təşkil edilən qəbulda deyib.

Prezident bildirib:

"Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz Türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları bizim fəxrimizsiniz.

Şavkat Miromonoviçlə bu masa arxasında söhbət əsnasında o, hər bir ifaçının adını bilirdi. Bilirdi harada oxuyub, bu, Bakıda oxuyub, o orada oxuyub, bu, mədəniyyət naziridir, o orada. Bu, onu göstərir ki, Prezident hər bir sənət adamının məsələləri ilə şəxsən məşğul olur. Onun sizə olan sevgisi özbək xalqına olan sevgisidir.

Bu gün yeni Özbəkistanı mən özüm üçün kəşf etdim. Yeni Özbəkistan qardaşımın simasında, sizin simanızda çiçəklənir. Yeni Özbəkistanın həyatı uğurlu olsun, xeyirli olsun. İnşallah, hamımız - özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq".


SON XƏBƏRLƏR

19 Aprel 2024