q
  • Bakı 17° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

SİYASƏT

07 May 2026 | 14:37

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

​Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasındakı hərbi əməkdaşlıq planına əsasən, Özbəkistan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Milli Müdafiə Universitetində (MMU) keçirilən görüşdə universitetin yaranma tarixi, fəaliyyəti və tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri barədə brifinqlər təqdim olunub, hərbi təhsil sisteminin cari vəziyyəti təhlil edilib.

    ​Səfər çərçivəsində özbəkistanlı qonaqlar MMU-nun Hərbi İdarəetmə İnstitutunda, Xarici Dil Mərkəzində, Hərb Oyunları Mərkəzində və Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə tədris prosesi barədə məlumat verilib, onlar müəssisələrin ərazisi və inzibati binalarında yaradılan şəraitlə tanış olublar.

    ​Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.


    SON XƏBƏRLƏR

    06 May 2026