• Bakı 25° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

Özbəkistan və Azərbaycanı xüsusi dostluq münasibətləri bağlayır - Səidə Mirziyoyeva

SİYASƏT

25 Avqust 2026 | 21:14

Özbəkistan və Azərbaycanı xüsusi dostluq münasibətləri bağlayır - Səidə Mirziyoyeva

Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Daşkənd və Bakı arasında xüsusi dostluq münasibətlərinin olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bunu Azərbaycan Prezidenti İlham Əliyevin və ailəsinin Özbəkistana son səfərini şərh edərkən sosial şəbəkə hesabında yazıb.

"Ölkələrimizi xüsusi dostluq münasibətləri bağlayır. Bu, yalnız dövlətlərarası münasibətlərdə deyil, xalqlarımızın bir-birinə göstərdiyi səmimi münasibətdə də özünü göstərir. Tariximizdə, mədəniyyətimizdə və adət-ənənələrimizdə çoxlu ortaq cəhətlər var. Bu gün isə bunlara infrastrukturdan tutmuş investisiyalara qədər ən müxtəlif sahələrdə yeni birgə layihələr əlavə olunur", - deyə Mirziyoyeva yazıb.

O vurğulayıb ki, Azərbaycan liderinin səfəri iki ölkə arasındakı münasibətlərdə daha bir mühüm səhifə açıb. S.Mirziyoyeva qeyd edib ki, imzalanmış Əbədi dostluq haqqında Müqavilənin adı bu gün Özbəkistanla Azərbaycanı birləşdirən münasibətləri çox dəqiq ifadə edir.

"Azərbaycanlı dostlarımızı Özbəkistanda görməkdən məmnunuq. Sizi hər zaman gözləyən ölkəyə xoş gəlmisiniz", – deyə o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR