Özbəkistan müdafiə naziri Şuxrat Xalmuxamedov və Türkiyə müdafiə naziri Yaşar Gülər Ankarada 2026-cı il üçün hərbi əməkdaşlıq müqaviləsi imzalayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Tərəflər məhdud formatda görüşərək regional təhlükəsizlik, müdafiə sənayesinin inkişafı və iki ölkənin Silahlı Qüvvələri arasında fəaliyyətlərin əlaqələndirilməsi məsələlərini müzakirə ediblər.
2026-cı il üçün əməkdaşlıq müqaviləsinə hərbi hissələr arasında birgə təlimlərin təşkili, təcrübə mübadiləsi, eləcə də hərbi tibbin inkişaf etdirilməsi planları daxildir.
Xatırladaq ki, Özbəkistan hakimiyyəti ölkənin Müdafiə Doktrinasında dəyişikliklər etmək niyyətindədir. Hökumət həmçinin Milli Təhlükəsizlik Konsepsiyasını da yenidən nəzərdən keçirməyi planlaşdırır./Teleqraf
Bakı 




