• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik edib

SİYASƏT

29 Mart 2025 | 18:02 | Müəllif: Əli Hüseynov

Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik edib

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, təbrik məktubunda deyilir:

    "Möhtərəm xanım, Zati-aliləri.
    Bütün müsəlman ümmətinin böyük sevinc və şadlıqla qarşıladığı mübarək Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı və dərin ehtiramımı çatdırmaqdan böyük məmnunluq duyuram.
    Uca Allah bütün dualarınızı, arzularınızı, ehsanlarınızı və xeyirxah əməllərinizi qəbul etsin, qardaş xalqlarımız arasındakı əzəli dostluq və mehribanlıq telləri daha da möhkəmlənsin.
    Möhtərəm zanım, Zati-aliləri, qəlblərimizin mübarək Ramazan ayının nur və bərəkətindən işıqlandığı bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, ailə səadəti, ocağınıza bərəkət və bolluq arzulayıram".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026