• Bakı C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Pakistan-Əfqanıstan sərhədində silahlı toqquşma

DÜNYA

03 Mart 2025 | 23:43

Pakistan-Əfqanıstan sərhədində silahlı toqquşma

Pakistan və Əfqanıstan hərbçiləri arasında bu yaxınlarda bağlanan Torkham sərhəd-keçid məntəqəsində şiddətli toqquşma baş verib.

Bakıvaxtı.az  "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 5 minə yaxın yük maşını sərt qış şəraitində sərhədin hər iki tərəfində qalıb.

Toqquşmada bir əfqan təhlükəsizlik zabiti həlak olub, ikisi isə yaralanıb. "Reuters" agentliyi mənbələrə istinadən Pakistan tərəfdən də yaralıların olduğunu açıqlayıb.

Xatırladaq ki, ötən ay Pakistan Torkham sərhəd-keçid məntəqəsini qonşu dövlət tərəfindən yeni sərhəd zastavasının tikintisi ilə bağlı mübahisəyə görə bağlayıb.


SON XƏBƏRLƏR

03 Mart 2025