Pakistanın Kəraçi şəhərində partlayış olub.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə şəhərdəki Paracxa-Çovk məhəlləsində qeydə alınıb.
Partlayış nəticəsində 16 nəfər ölüb, 12 nəfər yaralanıb.
Partlayış zamanı ətrafdakı binalara, ofis mərkəzlərinə və maşınlara zərər dəyib.
Hüquq-mühafizə orqanları hadisənin bank binasında olduğunu bildirirlər. İlkin məlumata görə, partlayışa təbii qaz sızması səbəb olub.
















