• Bakı C

    7.49 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Pakistandakı partlayışı Hindistan törədib? - AÇIQLAMA

DÜNYA

07 Fevral 2026 | 01:10

Pakistandakı partlayışı Hindistan törədib? - AÇIQLAMA

Hindistan Xarici İşlər Nazirliyi Pakistandakı partlayışla əlaqəsi olduğu iddialarını təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilib.

Qeyd edilib ki, İslamabaddakı məsciddə baş verən partlayış pislənilir və Hindistan başsağlığı verir.

Nazirlik vurğulayıb ki, "Pakistanın ölkənin sosial strukturunu sarsıdan problemləri ciddi şəkildə həll etmək əvəzinə, öz daxili bəlalarına görə başqalarını günahlandıraraq özünü aldatmağa üstünlük verməsi təəssüf doğurur. Hindistan əsassız olduğu qədər də mənasız olan bu cür ittihamları rədd edir".

Qeyd edək ki, Pakistanda məsciddə partlayış nəticəsində 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.


SON XƏBƏRLƏR

06 Fevral 2026