• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pandemiyanın fəsadları hələ onilliklər ərzində hiss ediləcək - ÜST

DÜNYA

08 Fevral 2022 | 13:59 | Müəllif: Qalib İbrahimoğlu

Pandemiyanın fəsadları hələ onilliklər ərzində hiss ediləcək - ÜST

"Dünya koronavirus pandemiyasının fəsadlarını hələ onilliklər ərzində hiss edəcək".

Bakıvaxtı.az xəbər verir ki. bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus deyib.

ÜST və Millətlər Birliyinin katibliyi arasında qarşılıqlı anlaşma haqqında Memorandumun imzalanması mərasimində çıxış edən Gebreyesus bildirib ki, bu pandemiyanın təsiri, xüsusilə daha həssas qruplar arasında, hələ onilliklər boyu hiss olunacaq.

Onun sözlərinə görə, pandemiyanın müddəti uzandıqca, fəsadları daha ciddi olacaq. Baş direktor qeyd edib ki, yaranmış vəziyyətdə ÜST-ün qarşıya qoyduğu 2022-ci ilin ortalarınadək bütün ölkələrdə əhalinin azı 70 faizinin koronavirus əleyhinə peyvəndlənməsinin nəzərdə tutulduğu hədəfə nail olunmasında dövlətlər arasında qarşılıqlı fəaliyyət olduqca vacibdir. Bundan başqa, belə qarşılıqlı əlaqə səhiyyə və inklüziv iqtisadi bərpa sistemlərinin möhkəmləndirilməsi üçün tələb olunur.

Tedros Adhanom Gebreyesus bildirib ki, hazırda Millətlər Birliyi ölkələrinin əhalisinin yalnız 42 faizi koronavirus əleyhinə tam vaksinlənmə kursunu keçib və bu baxımdan ayrı-ayrı dövlətlər arasında əhəmiyyətli dərəcədə fərq mövcuddur (AZƏRTAC). Belə ki, Birliyin Afrika ölkələrində vaksinlənmənin orta səviyyəsi yalnız 23 faiz təşkil edir.

Bu uyğunsuzluğu adlamağı təcili prioritet adlandıran Gebreyesus xatırladıb ki, 54 ölkəni və 2,5 milyard nəfəri təmsil edən Millətlər Birliyi ÜST üçün unikal tərəfdaşlardandır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026