• Bakı C

    13.21 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Papoyan: İrəvanla Bakı arasında münasibətlərin normallaşması...

DÜNYA

08 Dekabr 2025 | 21:21

Papoyan: İrəvanla Bakı arasında münasibətlərin normallaşması...

Avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülhün təmin olunması və kommunikasiyaların açılması ilə bağlı əldə olunan razılaşmalar bütün region üçün yeni imkanlar yaradır.

Bakıvaxtı.az erməni KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Amerika Ticarət Palatasının Ermənistanda təşkil etdiyi tədbirdə bildirib.

"Biz məmnuniyyətlə qeyd edirik ki, sülh prosesinin həyata keçirilməsi dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-ın dəstəyi ilə baş verir. Birlikdə həyata keçirdiyimiz genişmiqyaslı layihələr, xüsusilə TRIPP təşəbbüsü bizim üçün iqtisadi baxımdan tamamilə yeni imkanlar açır", – deyə o vurğulayıb.


SON XƏBƏRLƏR