• Bakı 19° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Parafin müalicəsinin daha çox bu xəstəliklərə FAYDASI VAR

CƏMİYYƏT

15 Avqust 2022 | 01:40

Parafin müalicəsinin daha çox bu xəstəliklərə FAYDASI VAR

Müasir dövrdə parafin osteoxondroz, oynaq və bel ağrıları tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadə olunur.

Bakıvaxtı.az xəbər verir ki, tərkibində kimyəvi maddələr olmayan parafin dərini nəmləndirir və hamarlaşdırır. Prosedur yalnız əridilmiş parafinlə aparılır. Maye halını aldıqdan sonra dəriyə sürtülür və tez zamanda quruyur. Hava keçirmədiyinə görə dəriyə istilik verir, qan dövranını gücləndirir və dərini daha da elastikləşdirir.

Həkim-fitoterapevt Fizuli Hüseynovun sözlərinə görə, şam formasında olan parafin əridilir və əriyəndən sonra kürək nahiyəsinə çəkilir. Onun boyun və onurğa üçün çox böyük faydası var: "Parafin qan dövranını yaxşılaşdırır, əzələni yumşaldır. Osteoxondroz zamanı xüsusilə yaxşı təsir göstərir, dirsəklərdə və diz qapaqlarındakı iltihabı aradan qaldırır”.

Həkim qeyd edib ki, parafindən istifadə edilməsi proseduru təxminən yarım saat davam edir. Onun çəkilməsi məhv olmuş hüceyrələri aradan götürür və dərini canlandırır.

F.Hüseynovun sözlərinə görə, parafin sürtüləndən sonra xəstənin üstü örtülür, işığa verilir, 10-15 dəqiqə qalandan sonra bədən yumşalır, bundan sonra edilən masaj çox rahatlıq verir: "Osteoxondroz, boyun ağrısı, bel ağrısı və duzlaşma olduqda masajdan sonra onun üzərindən yenə müalicə proseduru aparılır”.

Həkim-fitoterapevt bildirib ki, istənilən nəticənin əldə edilməsi üçün müalicə proseduru azı 10 gün davam etməlidir.

Autac Aslan


SON XƏBƏRLƏR

24 Aprel 2024