• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Paris-2024-ün açılış mərasiminin videosu silindi

İDMAN

28 Iyul 2024 | 18:17

Paris-2024-ün açılış mərasiminin videosu silindi

Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminin videosu oyunların rəsmi saytından və Yutub kanalından silinib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin kommunikasiyalar üzrə direktoru Enn Deskam bəyan edib.

Onun sözlərinə görə, bu, geo bloklama ilə bağlıdır.

Geo bloklama və ya coğrafi bloklama termini ən çox internetdə filmlər və televiziya şouları kimi premium multimedia məzmununa girişi məhdudlaşdırmaq üçün, ilk növbədə müəllif hüquqları və lisenziyalaşdırma səbəbləri ilə əlaqələndirilir.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimini italiyalı siyasətçilər və parlamentarilər, Macarıstanın baş naziri Viktor Orban, “Tesla”nın baş direktoru İlon Mask və bir çox beynəlxalq media orqanları tənqid ediblər.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024