• Bakı 18° C

    8.12 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Parlament üzvü: Rusiya Azərbaycanın tələbini yerinə yetirdi

SİYASƏT

10 Oktyabr 2025 | 11:54

Parlament üzvü: Rusiya Azərbaycanın tələbini yerinə yetirdi

“Azərbaycan – Rusiya münasibətləri həmişə yüksək səviyyədə olub”.

Bakıvaxtı.az bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, münasibətlərin pisləşməsinə görə məsuliyyət məhz Rusiya tərəfinə aid idi.

“Prezident İlham Əliyevin ötən dövrdə apardığı prinsipial və qətiyyətli siyasət nəticəsində Azərbaycan daha bir məqsədinə nail oldu. Rusiya tərəfi Azərbaycanın tələbini yerinə yetirdi. Bu həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti böyük uğurudur”, – deyə parlament üzvü bildirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR