• Bakı C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Paşinyan: Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik

SİYASƏT

15 Yanvar 2025 | 13:07

Paşinyan: Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik

Ermənistan Azərbaycanla münasibətlərlə bağlı bütün məsələlər üzrə konstruktiv həllər təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri baş nazir Nikol Paşinyanın sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat yayıb.

“Ermənistanın həyata keçirdiyi balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasət özünün ilkin hüduduna çatır", - baş nazir bildirib.

N.Paşinyan Türkiyə ilə görünən qarşılıqlı anlaşma bazasının formalaşdığını qeyd edib.

Rusiya ilə münasibətlərə toxunan baş nazir bildirib ki, bu münasibətlər daha praktikdir: “Ermənistan onları qarşılıqlı faydalı əməkdaşlıq və suverenlik əsasında inkişaf etdirməyi hədəfləyir. İranla əməkdaşlıq isə təbii maraqlara əsaslanır. Bu da qarşılıqlı fəaliyyət üçün ən etibarlı baza və münasibətlərin sabitliyinin təminatıdır”.

N.Paşinyan, həmçinin qonşu Gürcüstanla münasibətlərin strateji tərəfdaşlıq orbitində olduğunu vurğulayıb.


SON XƏBƏRLƏR