• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Paşinyan erməni cəmiyyətinə demək istəyib ki..."  - Politoloq

DÜNYA

29 Iyun 2022 | 17:33 | Müəllif: Qalib İbrahimoğlu

"Paşinyan erməni cəmiyyətinə demək istəyib ki..." - Politoloq

“Ermənistanın bir qrup eksperti hesab edir ki, baş nazir Nikol Paşinyan son müsahibəsində “Azərbaycan müharibəyə hazırlaşır” cümləsiylə erməni cəmiyyətini güzəştlərə hazırlamaq istəyib. Yəni Paşinyan erməni cəmiyyətinə demək istəyib ki, bəzi addımlar atılmasa Azərbaycan müharibəyə başlayacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Paşinyanın Laçın və ətraf kəndlərin boşaldılmasıyla bağlı cümləsi bununla əlaqələndirilir: “Ancaq Laçının və ətraf kəndlərin boşaldılması Paşinyanın güzəşti deyil. O, sadəcə 2020-ci il 10 noyabr bəyanatını yerinə yetirir və Laçının ətraf kəndləri ilə bərabər boşaldılacağı erməni cəmiyyətinə əvvəlcədən bəlli idi".

Politoloq qeyd edib ki, Nikol Paşinyanın müsahibəsində Minsk Qrupunu diriltməyə çalışacağını vurğulaması, sərhəd məsələsini həll etməyə və sülh sazişini imzalamağa həvəsinin olmadığını, Zəngəzur dəhlizinə müqavimətini davam etdirəcəyini söyləməsinə diqqət yetirmək lazımdır: "Paşinyan bir tərəfdən cəmiyyətini yeni müharibə ilə qorxudur, digər tərəfdən İkinci Qarabağ müharibəsinin ölkəsi və milləti üçün ağır nəticələrini unutmağa çalışır. Əks halda razılaşdırılan məsələlərin həllini uzatmazdı. Fikrimcə, problemin kökü bundadır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026