Rusiya Baş naziri Mixail Mişustin erməni həmkarı Nikol Paşinyanla ticari-iqtisadi əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.
"Ermənistanın Baş naziri Nikol Paşinyanla işgüzar söhbət baş tutub. Ticari-iqtisadi əməkdaşlığın inkişafı məsələləri üzərində dayandıq. Əlbəttə, iki ölkə arasında ticarət dövriyyəsinin azalması bizi narahat edir", - A.Overçuk bildirib.
Onun sözlərinə görə, baş nazirlər bu məsələ ilə bağlı bir sıra müzakirələr aparıblar.
"Rusiyanın Ermənistana investisiyaları barədə fikir mübasdiləsi aparıldı. Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. Ümumilikdə söhbət çox faydalı olub", - A.Overçuk qeyd edib.
***
13:53
Rusiya hökumətinin başçısı Mixail Mişustin Altay Respublikasında səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Beynəlxalq Ekologiya Konfransı çərçivəsində baş tutan görüşdə hər iki ölkənin nümayəndə heyətlərinin üzvləri də iştirak edirlər.