• Bakı 18° C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Paşinyan Şahramanyanı da Azərbaycana təhvil verə bilər - AÇIQLAMA

SİYASƏT

21 May 2025 | 10:15

Paşinyan Şahramanyanı da Azərbaycana təhvil verə bilər - AÇIQLAMA

"Ermənistanda revanşistlərin aktivləşməsi, separatçı tör-töküntülərin dirçəlməsi və İrəvan hökumətinin buna susqun yanaşmasının arxasında bir neçə amil dayanır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti revanşistləri qabağa verməklə bir növ öz real mövqeyini məhz onlar üzərindən Azərbaycanın və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışır:

"Digər ehtimal odur ki, Ermənistandakı revanşistlərin fəallaşması kənar güclərin müdaxiləsindən, onlardan alət kimi istifadə etməsindən də asılı ola bilər. İrəvan hökuməti kənar təzyiqlərə məruz qaldığı üçün revanşistlərin, radikal qüvvələrin etiraz hərəkatlarına susmaq məcburiyyətində qalır. Nəzərə alaq ki, Ermənistanın daxilində separatçı tör-töküntülərə şərait yaradan, hələ də onların qalmasına meydan verən məhz Paşinyan hökumətidir. Görünür, Paşinyan hökuməti bu yolla separatçıları ələ almağa çalışır”.

Samir Hümbətov: Ermənistanda separatçı tör-töküntülərə şərait yaradan, onlara meydan verən məhz Paşinyan hökumətidir

Müsahibimiz qeyd edib ki, lakin istənilən vəziyyətdə separatçılarla bağlı 2023-cü il sentyabrın 26-da imzalanmış qərar dəyişməz olaraq qalacaq. S.Hümbətov bildirib ki, separatçıların keçmiş başçısı Şahramanyan işsiz, bekar qaldığı üçün yeni hoqqalardan çıxır, oyunlar göstərir. Hökumət və digər qüvvələr də onlardan manevr aləti yararlanmağa çalışırlar.

“Bir şeyi nəzərdə saxlayaq ki, bu cür hərəkətlər ümumi proseslərə təsir göstərmir. Separatçı ünsürlərin əksəriyyəti Bakıda məhkəmə qarşısında cavab verirlər. Elə zaman gələr ki, Paşinyan öz siyasi maraqları naminə Ermənistanda Şahramanyan kimi separatçı qalıqlarını da Azərbaycana təhvil verə bilər. Paşinyan bu məsələdə iradəli adam deyil", - deyə Samir Hümbətov burğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR