• Bakı 26° C

    15.25 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Paşinyan və Kobaxidze müzakirə apardı

SİYASƏT

27 Avqust 2026 | 17:06

Paşinyan və Kobaxidze müzakirə apardı

Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Kobaxidze arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.

Məlumata görə, bazirlər Ermənistan və Gürcüstan arasında strateji münasibətlərin gündəliyindəki məsələləri, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın irəliləyişini müzakirə ediblər.

Bununla yanaşı, Nikol Paşinyan bu ilin oktyabr ayında Ermənistanda keçiriləcək Bioloji Müxtəliflik üzrə Konvensiya Tərəflərinin 17-ci Konfransına (COP 17) toxunub və İrakli Kobaxidzeni COP 17 çərçivəsində keçiriləcək Liderlər Zirvəsində iştirak etmək üçün Ermənistana dəvət edib.

Gürcüstanın Baş naziri dəvəti məmnuniyyətlə qəbul edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026