• Bakı 23° C

    2.67 m/s

Paşinyan: Yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün etdi

SİYASƏT

18 Avqust 2025 | 18:42 | Müəllif: Gülşən Şərif

Paşinyan: Yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Ermənistan liderinin xalqa müraciətinin canlı yayımında deyib.

“Mən demişdim ki, Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyəm və xalq bu məntiqlə razılaşmırsa, qoy inqilab etsin. Amma siz inqilab etmədiniz, çünki mənim kimi siz də başa düşdünüz ki, Qarabağ məsələsi həll olunmasa, sülh olmayacaq. Bəzi qüvvələr Qarabağ məsələsindən sadəcə olaraq Ermənistanda öz problemlərinin həlli üçün alət kimi istifadə ediblər”, - o deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026