• Bakı 23° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Paşinyandan erməni diasporuna xəbərdarlıq

DÜNYA

20 Sentyabr 2024 | 21:45 | Müəllif: Subhan Mahmudov

Paşinyandan erməni diasporuna xəbərdarlıq

Ermənistan diasporun işlərinə qarışmadığı kimi, diaspor da Ermənistanın idarəçiliyinə təsir etməməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan xaricdəki erməni icmalarının nümayəndələri ilə görüşündə deyib.

O qeyd edib ki, aydın sərhədlərin müəyyən edilməsi vacibdir: diasporun əhəmiyyətinə və dəyərinə baxmayaraq, o, Ermənistana təsir alətinə çevrilməməlidir və bu prinsipə hər iki tərəfdən hörmət edilməlidir.

“Bu, prinsipial olaraq mühüm məqamdır: bizim münasibətlərimizə yenidən baxılmalıdır: əvvəllər mövcud olan ifadələr reallığa uyğunlaşdırılmalıdır”, - deyə Paşinyan qeyd edib.

O, hökumətin hələlik hazır həll yollarının olmadığını, lakin qarşılıqlı anlaşmaya birgə gəlmək üçün açıq dialoqa və əməkdaşlığa hazır olduğunu vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026