• Bakı 16° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Paytaxtda oğurluq edən şəxslər saxlanılıb

CƏMİYYƏT

26 Aprel 2025 | 15:30

Paytaxtda oğurluq edən şəxslər saxlanılıb

Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 30 yaşlı C.Təhməzov saxlanılıb. Ondan psixotrop maddə metamfetamin aşkarlanıb.

Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs Xəzər rayonu ərazisində yerləşən üç evdən və bir nəfərə məxsus torpaq sahəsindən oğurluq edib, nəticədə zərərçəkənlərə ümumilikdə 7 min 150 manat maddi zərər vurub.

Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus “Hyundai” markalı avtomobildən 3 min manat oğurlayan əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Zeynalov da saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR