• Bakı 22° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Paytaxtın bu ərazilərində işıq olmayacaq

CƏMİYYƏT

02 Sentyabr 2026 | 00:21

Paytaxtın bu ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentabrın 2-də paytaxtın bir sıra rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.

Bildirilib ki,Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Çuxursəd, Elşən Müslümov, Əjdər Ağayev, Məhəmməd Xiyabani, Mirəli Seyidov küçələrinin, eləcə də Bakı kənar dairəvi yolunun bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Ağa Nemətulla, Arif Hacıyev, Arif Heydərov küçələrinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Sentyabr 2026