• Bakı 20° C

    7.78 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Pendir sexində ölümlə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb

HADİSƏ

06 Oktyabr 2025 | 12:53

Pendir sexində ölümlə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb

Bərdədə şəxsin iş yerində baş vermiş partayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, oktyabrın 5-i saat 12 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Teyyub Yusifovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Teyyub Yusifovun mexanik vəzifəsində işlədiyi pendir istehsalı sexininin qazanxanasında baş vermiş partlayış nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.


SON XƏBƏRLƏR

05 Oktyabr 2025