• Bakı 20° C

    7.44 m/s

Pensiya, müavinət və təqaüdlə bağlı VACİB XƏBƏR

CƏMİYYƏT

19 Oktyabr 2024 | 10:22

Pensiya, müavinət və təqaüdlə bağlı VACİB XƏBƏR

Bu ilin 9 ayında 142 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

    Bildirilib ki, onlardan 29 mini pensiya, 113 mini müavinət və təqaüd təyinatları olub.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

    Vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatı e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilir.


    Pensiya, müavinət və təqaüdlə bağlı VACİB XƏBƏR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Oktyabr 2026