• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

SİYASƏT

03 Dekabr 2023 | 17:32

Pərviz Şahbazov BƏƏ-də COP28 çərçivəsində təşkil olunacaq tədbirlərə qatılacaq

Energetika naziri Pərviz Şahbazov COP28-in Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üzrə Baş İcraçı Direktoru Adnan Z. Aminin dəvəti ilə BƏƏ-yə səfər edib.

Energetika Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti 4-5 dekabr tarixlərində BƏƏ-nin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində keçiriləcək “Bərpa olunan enerji və Enerji səmərəliliyi Nazirləri”nin dəyirmi masasında, eyni zamanda Azərbaycan pavilyonunda təşkil olunacaq ölkəmizdə yaşıl enerji sahəsində investisiya imkanlarına həsr olunan tədbirdə iştirak edəcək.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


SON XƏBƏRLƏR

26 Iyul 2024