• Bakı 27° C

    10.09 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Peşə təhsili müəssisələrinə qəbul üçün müraciətlərin sayı açıqlandı

CƏMİYYƏT

12 Avqust 2025 | 12:46

Peşə təhsili müəssisələrinə qəbul üçün müraciətlərin sayı açıqlandı

11 avqust 18:00-dan etibarən 2025-2026-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinin I mərhələsinə yekun vurulub.

Bu barədə Bakıvaxtı.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

    22 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 36 278 nəfərdən 123 930 müraciət daxil olub.

    Peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər.

    Müsabiqənin nəticələrinin 16 avqust tarixində elan olunması nəzərdə tutulur. Nəticələr müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, “şəxsi kabinet” bölməsində də yer alacaq.

    Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 26 avqust - 2 sentyabr tarixlərində baş tutması planlaşdırılır.


    SON XƏBƏRLƏR