Peşə təhsili üzrə məzunların məşğulluq reytinqi hazırlanır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Sadiq Əliyev mayın 29-da Bakıda "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, sənəd yalnız ali təhsil üzrə deyil, ümumilikdə milli səviyyədə kadr hazırlığı və məşğulluq siyasətini daha hədəfli şəkildə qurmağa imkan verəcək:
"Bu da təhsil proqramlarının optimallaşdırılması və ixtisas seçiminin daha düzgün istiqamətləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”.
S.Əliyev bildirib ki, artıq peşə təhsili üzrə məzunların məşğulluq göstəricilərinin izlənməsi istiqamətində işlərə başlanılıb və gələcəkdə bu sahəyə dair məlumatların da reytinq platformasına inteqrasiyası planlaşdırılır:
“Sözügedən platforma təhsil və məşğulluq sahələri arasında körpü rolunu oynayır və həm qərarverici qurumlara, həm də ictimaiyyətə mühüm analitik imkanlar təqdim edir”.