• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Peşəkar mühasib sertifikatı imtahanının növbəti mərhələsi keçiriləcək

CƏMİYYƏT

08 Avqust 2024 | 11:07

Peşəkar mühasib sertifikatı imtahanının növbəti mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 11-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirəcək.

Mərkəzdən Bakıvaxtı.az-a bildirilib ki, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 1677 nəfər müraciət edib.

İmtahan bütün binalarda saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.

Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilmişdir) və özü ilə aşağıda qeyd olunan sənədləri gətirməlidir:

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi.

İmtahan 3 saat davam edir və namizədə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunur.

Namizədlər buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası”da yerləşdirilib. DİM imtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmalarını xahiş edir.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 153 nəzarətçi, 22 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024