• Bakı 26° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Peskov: Sülh danışıqlarında 1200 əsirin mübadiləsi müsbət irəliləyişdir

DÜNYA

24 Iyul 2025 | 16:30

Peskov: Sülh danışıqlarında 1200 əsirin mübadiləsi müsbət irəliləyişdir

Kremlin sözçüsü Dmitri Peskov İstanbulda keçirilən Rusiya-Ukrayna sülh danışıqlarının üçüncü raundunu dəyərləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

O, tərəflər arasında 1200 əsirin və cəsədlərin qarşılıqlı mübadiləsinə dair razılığın əldə olunmasını müsbət addım adlandırıb.

Peskov danışıqlardan böyük irəliləyiş gözlənilmədiyini, lakin prosesin insani baxımdan əhəmiyyətli olduğunu bildirib. O, Ukrayna tərəfinin liderlər səviyyəsində sammit təşəbbüsünü irəli sürdüyünü deyib.

Rusiya danışıqlar çərçivəsində üç onlayn işçi qrupunun yaradılmasını da təklif edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Iyul 2025