İran Prezidenti Məsud Pezeşkian xarici işlər naziri Abbas Əraqçiyə ABŞ ilə danışıqlara hazırlıq tapşırığı verdiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Prezident bildirib ki, danışıqlar yalnız ləyaqətli, ədalətli və təhdidlərdən uzaq mühitdə mümkündür.
Qeyd edək ki, fevralın 6-da İstanbulda Əraqçi ilə ABŞ-nin Yaxın Şərq üzrə nümayəndəsi Stiven Uitkoff arasında mümkün nüvə sazişinin müzakirəsi gözlənilir.
Bu görüş 2025-ci ilin iyunundakı İran-İsrail toqquşmasından sonra tərəflər arasında ilk yüksək səviyyəli təmas olacaq.
Əli Hüseynov
Bakı 




