• Bakı 19° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Pezeşkian: Əxlaq polisi artıq qadınları narahat etməyəcək

DÜNYA

17 Sentyabr 2024 | 09:28

Pezeşkian: Əxlaq polisi artıq qadınları narahat etməyəcək

İranın yeni prezidenti Məsud Pezeşkian əxlaq polisinin bundan sonra hicab tələbi ilə bağlı qadınları narahat etməyəcəyini deyib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, ilk mətbuat konfransında danışan Pezeşkiyan, bir qadın jurnalistin polis maşınlarından qaçmaq üçün yolunu dəyişdiyini izah etdikdən sonra polisin hələ də küçələrdə olub-olmadığını soruşub.

Saçları azca görünən baş örtüyü taxan jurnalist polisin küçələrdə olduğunu bildirib.

Pezeşkiyan cavabında əxlaq polisinin qadınlara qarışmamalı olduğunu söyləyib.

"Mən vəziyyətə nəzarət edəcəm ki, onlar qadınları narahat etməsinlər",- deyə o bildirib..

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) keçən həftə İranda qadınların ciddi geyim qaydalarını pozduqlarına görə hələ də ciddi cəzalandırıldığı barədə xəbərdarlıq edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Sentyabr 2024