• Bakı C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər saxlanılıb

HADİSƏ

30 Dekabr 2024 | 13:16

Pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, paytaxtın Sabunçu, Nərimanov, Xətai, həmçinin Abşeron, Saatlı və Beyləqan rayonlarında keçirilən tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.


SON XƏBƏRLƏR

01 Yanvar 2025