• Bakı 11° C

    12.81 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.017

Pivəsevərlər Partiyası yaradıldı, ancaq qeydiyyata ALINMADI

DÜNYA

16 Noyabr 2024 | 17:31

Pivəsevərlər Partiyası yaradıldı, ancaq qeydiyyata ALINMADI

Rusiya Ədliyyə Nazirliyi Pivəsevərlər Partiyasını qeydiyyata almaqdan imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pivə Həvəskərları Assosiasiyanın baş katibi, politoloq Konstantin Kalaçev məlumat verib.

Onun sözlərinə görə, qeydiyyat üçün təqdim olunan sənədlərdəki formal səhvlərə görə Nazirlik belə qərar verib.

Kalaçev əlavə edib ki, səhvlər aradan qaldırıldıqdan sonra partiya qeydiyyat üçün yenidən müraciət etməyi planlaşdırır.

Baş katibin sözlərinə görə, Rusiya vətəndaşlarının ən azı 4%-i Dövlət Dumasına seçkilərdə Pivəsevərlər Partiyasına səs verməyə hazırdır.

Qeyd edək ki, Pivəsevərlər Partiyası 1993-cü ilin dekabrında siyasi strateq Konstantin Kalaçev və hüquqşünas Dmitri Şestakov tərəfindən yaradılıb. 1995-ci ildə Dövlət Dumasına keçirilən seçkilərdə partiya 0,62 faiz səs toplayaraq beş faizlik baryeri keçə bilməyib. 1998-ci ildə yenidən qeydiyyat üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunmayıb və partiya ləğv edilib. Partiyanın yenidən fəaliyyətə başlamasına bu il qərar verilib.


SON XƏBƏRLƏR