• Bakı 19° C

    2.74 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

PKK-nın tərk-silahı üzrə komissiya avqustun 5-də işə başlayacaq

DÜNYA

01 Avqust 2025 | 14:37

PKK-nın tərk-silahı üzrə komissiya avqustun 5-də işə başlayacaq

Türkiyə parlamentinin Kürd Fəhlə Partiyasının (PKK) tərk-silahı üzrə komissiyasının birinci iclası avqustun 5-nə planlaşdırılıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Numan Kurtulmuş bildirib.

"Komissiyanın bütün üzvlərini avqustun 5-də keçiriləcək birinci iclasa dəvət edirəm", - “TRT Haber” telekanalı N.Kurtulmuşdan sitat gətirib.

Xəbər verildiyi kimi, parlamentdə təmsil olunan bütün partiyaların deputatlarından ibarət olan komissiya PKK-nın tərk-silah prosesinin qanunvericilik bazasının hazırlanmasını həyata keçirəcək. Parlamentin payız sessiyasının keçiriləcəyi oktyabr ayına qədər antiterror aktlarına və cəzaların icrası haqqında qanuna dəyişikliklər də daxil olmaqla təkliflərini hazırlayacaq.


SON XƏBƏRLƏR