q
  • Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Polikistik over sindromu: qadınlarda əlamətlər və təbii dəstək üsulları

CƏMİYYƏT

22 Aprel 2026 | 15:35

Polikistik over sindromu: qadınlarda əlamətlər və təbii dəstək üsulları

Qadınlarda rast gəlinən hormonal xəstəliklərdən biri də polikistik yumurtalıq sindromudur.

Bakıvaxtı.az "Apollo Hospitals"a istinadən xəbər verir ki, bu xəstəlik yumurtalıqlarda çoxlu kiçik kistaların əmələ gəlməsi ilə xarakterizə olunur.

Polikistik yumurtalıq sindromunun (PCOS) dəqiq səbəbi bilinmir. Lakin genetik faktorların xəstəliyin inkişafına təkan verdiyi müəyyən olunub. Tədqiqatlar göstərir ki, ailədə PCOS olan qadınların bu vəziyyəti inkişaf etdirmək riski daha yüksəkdir. Bir qadının anası və ya bacısında PCOS varsa, o qadının da PCOS inkişaf etdirmə ehtimalı yüksəkdir. Çünki bəzi genetik mutasiyalar yumurtalıqların funksiyalarına və hormon istehsalına təsir edərək xəstəliyin yaranmasına kömək edir. Bu baxımdan erkən diaqnoz və vaxtında müalicə çox vacib hesab olunur. 

Hər 10 qadından 1-də rast gəlinən bu xəstəliyin ümumi əlamətlərinə menstrual pozuntular, həddindən artıq tüklənmə (hirsutizm), çəki artımı, sızanaq və dəri problemləri, fertilite problemləri (hamilə qalma problemləri) və saç tökülməsi daxildir. 

PCOS diaqnozu üçün əvvəlcə xəstənin xəstəlik tarixi qiymətləndirilir. Fiziki müayinə zamanı həkim yumurtalıqların böyüməsi və digər hormonal simptomları araşdırır. Yumurtalıqlarda kistlərin olması ultrasəs müayinəsi ilə yoxlanılır. Yumurtalıqların ölçüsü və kistlərin olması xəstəliyin diaqnozunda vacib meyarlardır. Bundan əlavə, qan testləri aparılır. Bu testlər bədəndəki hormon səviyyələrini ölçmək üçün istifadə olunur. Xüsusilə, androgen (kişi hormonu) səviyyələri və insulin müqaviməti kimi dəyərlər araşdırılır. Yüksək androgen səviyyələri PCOS-un vacib göstəricilərindən biridir. 

Polikistik yumurtalıq sindromu (PCOS) üçün konkret bir müalicə üsulu yoxdur. Ümumi tərz və vərdişlərin dəyişdirilməsi, dərmanlar, digər həyat müalicələri təkbaşına və ya kombinasiyaya müalicə olaraq təklif oluna bilər. Konservativ müalicə zamanı metformin, qlitazonlar (pioqlitazon, roziqlitazon), antiandrogen preparatlar (siproteron asetat) esterogen (estradiol) progestin və aşağı dozada dekzametazon (böyrəküstü vəzdə sintez olunan androgeni zəiflətmək üçün) təyin olunur. Əgər konservativ müalicə effekt verməzsə, cərrahıi üsulla müalicə olunur. 

Gülşən Şərif


SON XƏBƏRLƏR