Bakıda intihara cəhd hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılan zaman polis bölməsinə aparılıb. O, bölmınin ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb.
T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
















