• Bakı 15° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR

CƏMİYYƏT

20 Noyabr 2025 | 20:08

Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR

Ötən gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyev saxlanılıblar. Onların məzarların üzərindən oğurladıqları gitara,hərbi çəkmə və hərbi dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq şəhid ailələlərinə qaytarılıb. 

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırma aparılır.

 


SON XƏBƏRLƏR