• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Polis Şöbəsində saxlanılan şəxsin ölməsinə DİN-dən REAKSİYA

HADİSƏ

31 May 2023 | 16:52

Polis Şöbəsində saxlanılan şəxsin ölməsinə DİN-dən REAKSİYA

Şirvan Şəhər Polis Şəbəsində (ŞPŞ) halı pisləşən şəxs xəstəxanada ölüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, mayın 30-da Şirvan ŞPŞ-nin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Samir Əbdülrəhmanov saxlanılıb.

Ondan 5 kq-dan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi qaldırılıb.

Bu gün narkotik aludəçisi S.Əbdülrəhmanov saxlama yerində qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılaraq xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi səylərə baxmayaraq o, xəstəxanda ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

 

16:42

Şirvan Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında ölüm hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, ölən şəxsin təcridxanada saxlanılan Siyəzən rayon sakini, 1983-cü il təvəllüdlü Əbdülrəhmanov Samir Zahir oğlu olduğu bildirilir.

Onun hansı səbəbdən öldüyü məlum deyil. Həmi şəxsin meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 


SON XƏBƏRLƏR