• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

"Politico": ABŞ-nin 7 kəşfiyyat orqanından istefa tələb olunub

DÜNYA

06 Fevral 2025 | 14:31

Politico: ABŞ-nin 7 kəşfiyyat orqanından istefa tələb olunub

Tamştatlı federal mülki işçilər fevralın 6-dək istefa verməyə razılaşarsa, onlara sentyabr ayına qədər maaş veriləcək.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Personal İdarəetmə Ofisi açıqlama verib. 

Açıqlamaya əsasən, ən azı yeddi agentliyin əməkdaşı ABŞ prezidenti Donald Trampın administrasiyasından ixtisar təklifi alıb. Təklif müxtəlif qurumların təxminən 2 milyon əməkdaşı tərəfindən qəbul edilmiş Müdafiə Kəşfiyyat İdarəsi, Milli Geoməkan-Kəşfiyyat Agentliyi, Milli Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi, Milli Kəşfiyyat Direktorluğu İdarəsi, Mərkəzi Kəşfiyyat İdarəsi və FTB-nin mülki əməkdaşlarına göndərilib.

Kadrların İdarə Olunması İdarəsindən verilən açıqlamaya görə, tam ştatlı federal mülki işçilər fevralın 6-dək istefa verməyə razılaşarsa, onlara sentyabr ayına qədər maaş veriləcək. Bu təkliflər hərbçilərə və ya immiqrasiya rəsmilərinə təsir etmir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

06 Fevral 2025