• Bakı 19° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Politoloq Rusiyanı meymuna bənzətdi: “Hər an nüvəni partlada bilər”

SİYASƏT

28 Sentyabr 2022 | 11:40

Politoloq Rusiyanı meymuna bənzətdi: “Hər an nüvəni partlada bilər”

 

Son günlər istər Rusiya prezidenti Vladimir Putinin, istər Milli Təhülkəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin, istərsə də xarici işlər naziri Sergey Lavrovun dilindən nüvə silahından istifadə barədə açıqlamar verilir. NATO-nun Baş katibi Yens Stoltenberq də bildirib ki, Putinin nüvə ritorikasını ciddi qəbul etmək lazımdır.

Doğurdanmı Rusiya nüvə silahından istifadə edə bilər, yoxsa bütün bunlar sadəcə hədə-qorxudur?

Politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a bildirib ki, belə bir təhlükə mövcuddur: “Belə təsəvvür edin ki, meymunun əlinə qumbara düşüb və həmin meymun o yana-bu yana qaçır. Heç kim zəmanət verə bilməz ki, meymun o qumbaranın qarmağından tutub dartmayacaq. Meymundu, hər şey edə bilər".

Əlizadə Putini, Medvedevi, Lavrovu "məsuliyyətsiz insanlar" adlandırıb. Politoloqun sözlərinə görə, onlar nə beynəlxalq hüquqa, nə dövlətlərinə hörmət edirlər.

"Aqibətlərinin bilmədiyi şeyləri edirlər. Belə bir təhlükə mövcuddur”, - deyə Zərdüşt Əlizadə qeyd edib.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR